Azərbaycan Türkiyənin STOP silah sisteminə maraq göstərir

Azərbaycan Türkiyənin STOP silah sisteminə maraq göstərir
# 25 fevral 2011 17:02 (UTC +04:00)
Bu barədə APA-ya ASELSAN şirkətindən məlumat verilib.

Abu-Dabi şəhərində keçirilən İDEX-2011 sərgisində nümayiş etdirilən bu silah platforması hazırda bir neçə Körfəz ölkəsinin inventarındadır. Lakin ilk dəfə sistem Abu-Dabidə nümayiş olunub.

ASELSAN stendində nümayiş etdirilən STOP Azərbaycanın müdafiə naziri Səfər Əbiyevə də təqdim olunub. Sistemlə maraqlanan nazir onun texniki göstəricilərini bəyənib.

Şirkətdən bildirilib ki, hazırda bu sistem Səudiyyə Ərəbistanında istifadə olunur. STOP Xəzər dənizindəki hərbi gəmilər üçün ən əlverişli silah sistemidir.

STOP həm quru nəqliyyat vasitələrində, həm də gəmilərdə qurula bilir. Hərəkət vəziyyətində belə hədəfləri dəqiq təyin edə, atəş aça bilir. Silah sistemi 25 mm çaplı avtomatik özünü dolduran topdan ibarətdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR