Ermənistan Silahlı Qüvvələri Azərbaycanın mövqelərini atəşə tutub

Ermənistan Silahlı Qüvvələri Azərbaycanın mövqelərini atəşə tutub
# 05 mart 2011 07:20 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 4-də saat 20:25-dən 20:40-dək Ermənistanın İcevan rayonunun Azatamut kəndində yerləşən mövqelərindən Azərbaycanın Qazax rayonunun Cəfərli kəndində yerləşən mövqelərini, saat 18:10-dan 18:15-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21:40-dan 22:30-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR