Türkiyənin «Ares Shipyard» şirkəti Azərbaycanda hərbi gəmiqayırma fəaliyyətinə başlamaq istəyir

Türkiyənin «Ares Shipyard» şirkəti Azərbaycanda hərbi gəmiqayırma fəaliyyətinə başlamaq istəyir
# 14 mart 2011 11:10 (UTC +04:00)
Xəzər hövzəsi ilə bağlı xüsusi planlarının olduğunu deyən şirkət rəhbərinin sözlərinə görə, «Ares Shipyard» Azərbaycanda istehsal prosesinə başlamaq və bir tərsanə yaratmaq istəyir.

«Biz öz texnologiyalarımızı Azərbaycaan gətirmək və «Made in Azerbaijan» markası ilə məhsul istehsalını düşünürük. İstəyimiz həm Azərbaycanın milli müdafiə sənayesinə payımızı vermək, həm də Azərbaycanda bir sıra məhsuları istehsal etməkdir», - deyə şirkət rəhbəri vurğulayıb.

Bütün sistemlərini və təcrübələrini Azərbaycana gətirmək istəyən şirkət hazırda bununla bağlı rəsmi Bakıdan dəstək gözləyir: «Əslində dəstək deyəndə biz investisiyanı nəzərdə tutmuruq. Sadəcə imkanların yaradılmasını gözləyirik».

Hərbi dənizçilik seqmentində fəaliyyətə 3 il əvvəl başladıqlarını deyən K. Kalafatoğlunun sözlərinə görə, rəhbərlik etdiyi şirkət əvvəllər – fəaliyyət göstərdiyi 7 ildən çox müddətdə mülki təyinatlı üzmə vasitələri istehsal edib. Hazırda dünyanın tanınmış mühəndislik firmaları ilə çalışdıqlarını vurğulayan şirkət rəhbəri bu günədək inşa etdikləri katerlər və qayıqların hamısının üstünlüklərini sübuta yetirdiklərini bildirib.

Son olaraq hərbi sərgilərdə 33 və 38 metr uzunluqlu döyüş katerlərini tanıtdıqlarını deyən K. Kalafatoğlu yeni layihələrinin olduğunu da söyləyib.

Şirkət rəhbəri istehsal etdikləri üzmə vasitələrinin xüsusiyyətləri və özəllikləri barədə də məlumat verib: «Biz tələbə görə qayıqlar və katerlər istehsal edən firmayıq. Tək standart modelləri deyil, müştərinin tələbinə görə istənilən katerlər hazırlaya bilərik. Bizim katerlər axtarış xilasetmə, sahil mühafizəsi, döyüş məqsədləri və s. üçün istifadə oluna bilir. Şirkətimiz mülki təyinatlı katerlər, neft şirkətlər üçün personal daşıyan katerlər, axtarış-xilasetmə, polis, gömrük, patrul, ambulans katerləri və s. istehsal edirik. Kombat katerlərin də istehsalını həyata keçiririk. Azərbaycanın bir sıra ehtiyaclarının olduğunu bilirik. Biz bu ehtiyacları qarşılamaq istəyirik».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR