Ukraynanın müdafiə naziri Azərbaycana gəlib

Ukraynanın müdafiə naziri Azərbaycana gəlib
# 16 mart 2011 11:20 (UTC +04:00)
APA-nın Ukrayna Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində ukraynalı nazir azərbaycanlı həmkarı Səfər Əbiyevlə görüşəcək, nümayəndə heyətləri arasında danışıqlar aparılacaq. Danışıqlar zamanı ikitərəfli hərbi əməkdaşlığın genişləndirilməsi müzakirə olunacaq.

M. Yejel prezident İlham Əliyev, baş nazir Artur Rəsizadə və Milli Məclisin sədri Oqtay Əsədov tərəfindən də qəbul ediləcək.

Ukrayna Müdafiə Nazirliyinin nümayəndə heyəti səfər zamanı Hərbi-Təlim Mərkəzi və Hərbi Akademiya ilə tanış olacaq.

Səfər martın 18-nə kimi davam edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR