ANAMA-nın baş direktoru mina əməliyyatları üzrə milli direktorlar və BMT məsləhətçilərinin görüşünə qatılıb

ANAMA-nın baş direktoru mina əməliyyatları üzrə milli direktorlar və BMT məsləhətçilərinin görüşünə qatılıb
# 16 mart 2011 11:21 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) baş direktoru Nazim İsmayılov Mina Əməliyyatları üzrə Milli Direktorlar və BMT Məsləhətçilərinin 14-cü görüşünə qatılıb. Bu barədə APA-ya ANAMA-dan məlumat verilib. İsveçrənin Cenevrə şəhərində martın 14-də başlamış sessiya martın 18-də yekunlaşacaq.

Cenevrə Humanitar Mina Əməliyyatları Mərkəzinin (GİCHD) yaydığı məlumata görə, konfrans çərçivəsində milli mərkəzlərin rəhbərlərinin BMT İnkişaf Proqramı, UNICEF və BMT-nin Mina Əməliyyatları Xidməti (UNMAS) ilə ikitərəfli görüşləri keçirilib. İclasın ilk günlərində BMT-nin Mina Əməliyyatları Strategiyası mövzusunda məruzə dinlənilib. Müxtəlif ölkələrdə proqramların təkmilləşdirilməsinə dair müzakirələr aparılıb.

Tədbirdə müxtəlif ölkələrdə piyadalar əleyhinə mina ehtiyatlarının ləğvi istiqamətində görüləcək işlərin, əməliyyatlarda donorların cəlbi və yeni texnologiyaların tətbiqinə dairmüzakirələr aparılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR