Azərbaycanın Ağdam rayonunun ermənilərin işğalı altında olan ərazilərindən partlayış səsləri eşidilir

Azərbaycanın Ağdam rayonunun ermənilərin işğalı altında olan ərazilərindən partlayış səsləri eşidilir
# 27 mart 2011 12:24 (UTC +04:00)
Cəbhəyanı yaşayış məntəqələrindən sakinlər APA-nın Qarabağ bürosuna bildiriblər ki, partlayışlar Şahbulaq dağı və Uzundərə adlanan ərazilər istiqamətində müxtəlif fasilələrlə qeydə alınır.

Məlumata görə, düşmən işğal altındakı ərazilərdə o qədər də böyük olmayan hərbi təlim keçirir. Bunun üçün isə bəzən artilleriyadan istifadə edilir.

Digər məlumata görə isə ermənilər işğal altındakı dağ massivlərində tikinti-mühəndis işləri məqsədi ilə partlayışlar törədirlər.

Xatırladaq ki, Şahbulaq dağ massivlərində tikintidə istifadə olunan mişar daşı yataqları mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR