Sabahdan Azərbaycanda snayper kursu fəaliyyətə başlayır

Sabahdan Azərbaycanda snayper kursu fəaliyyətə başlayır
# 04 aprel 2011 09:12 (UTC +04:00)
Bu barədə APA-ya KHVTİC-in mətbuat xidmətinin rəhbəri Valid Qardaşlı məlumat verib.

Azərbaycanda ilk dəfə təşkil olunan bu kurslarda gənclərə snayper tüfənglərinin texniki göstəriciləri, tüfənglərdən sərrast atəş açmaqla yanaşı, əlbəyaxa döyüşlər öyrədiləcək. Bu günədək kurslarda iştirakla bağlı KHVTİC-ə 100-dən artıq şəxsin müraciət etdiyini deyən təşkilat sözçüsü bunlardan 20 nəfərlik ilk qrupun formalaşdırıldığını bildirib. Snayper qrupunda gənc qızlar da var.

Snayper kurslarında iştirak orta məktəblərin yuxarı sinif şagirdləri üçün pulsuz, digər şəxslər üçünsə ödənişlidir.

Qeyd edək ki, artıq KHVTİC kurslarda istifadə üçün Rusiyadan snayper tüfəngləri və trenajorlar alıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR