Erməni işğalçıları xroniki atəşkəs pozuntularını davam etdirir

Erməni işğalçıları xroniki atəşkəs pozuntularını davam etdirir
# 28 aprel 2011 07:07 (UTC +04:00)
Bakı – APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 27-də saat 19.25-dən 19.35-dək Ağdam rayonunun Qaraqaşlı kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 17.00-dan 17.05-dək və aprelin 28-də saat 04.20-dən 04.30-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR