Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi zirehli texnikanın istehsalını genişləndir

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi zirehli texnikanın istehsalını genişləndir
# 12 may 2011 19:40 (UTC +04:00)
Bu barədə APA-ya Paramount Group şirkətindən məlumat verilib.
Müqaviləyə əlavə birgə istehsalın genişləndirilməsini özündə etiva edir. Bununla birgə istehsal olunan hərbi nəqliyyat vasitələrinin sayı daha 10 ədəd artırılaraq 60-a çatdırılıb.
Artıq birgə istehsal olunmuş 30 ədəd «Matador» və «Marauder» (15+15) tipli MRAP Azərbaycan Müdafiə Nazirliyinə təhvil verilib. Qalan 30 maşın isə ən geci 2012-ci ilədək Azərbaycan silahlı qüvvələrə veriləcək.
Müdafiə sənayesi naziri Yavər Camalov APA-ya aşıqlamasında bildirib ki, hər iki personal daşıyıcı yüksək çevikliyə və ən son texnologiyalara malikdir. Yüksək müdafiəni təmin edir: “2009-cu ildən biz Paramount Qrup ilə möhkəm əlaqələrə malikik. Bu şirkət Azərbaycanda güclü yerli müdafiə sənayesinin yaradılmasına dəstək verib”.
Paramount Group şirkətinin prezidenti Ayvor İşikovitz (Ivor Ichikowitz) isə bildirib ki, bu orijinal layihədir. Azərbaycan bu hərbi nəqliyyat vasitələrinin istehsalına başlamaqla böyük nailiyyət əldə edib və təcrübə qazanıb. Paramount Group minaya qarış qorumalı nəqliyyat vasitəlırin istehsalında dünya lideridir. Biz bu sahədə daim yeniliklərə çalışır və yeni texnologiyaları tətbiq edirik. Bizim davam edən əməkdaşlığın əsas faydası odur ki, MSN birgə istehsalı yaradır, Azərbaycan müdafiə sənayesi
yüksək texnologiyaları mənimsəyir, ixtisaslı işçi potensialı yaranır”.
Qeyd edək ki, MSN Türkiyədə keçirilən İDEF-2011 müdafiə sərgisində Paramount Groupla birgə istehsal olunmuş Matador və Marauder tipli texnikaların modellərini sərgiləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR