Azərbaycanda həqiqi hərbi xidmətə çağırılan gənclərin bir sıra xəstəliklərə qarşı peyvənd edilməsi nəzərdə tutulur

Azərbaycanda həqiqi hərbi xidmətə çağırılan gənclərin bir sıra xəstəliklərə qarşı peyvənd edilməsi nəzərdə tutulur
# 05 aprel 2012 09:01 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanda həqiqi hərbi xidmətə çağırılan gənclərin bir sıra xəstəliklərə qarşı peyvənd edilməsi nəzərdə tutulur. Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib. Hərbi xidmət müddətində bəzi xəstəliklərə yoluxmamaları üçün əsgərlər qrip, məxmərək və su çiçəyinə qarşı peyvənd ediləcək.«Xidmət müddətində əsgərlərdə üzə çıxan bu tip xəstəliklər onların uzun müddət hərbi xidmətdən yayınmaları ilə nəticələnir. Xüsusilə də qrip eyni vaxtda bölmələrin fəaliyyətinə zəiflədici təsir göstərir», - deyə məlumatda bildirilib.

Artıq çağırışçıların peyvənd olunması praktikası ilk dəfə Dövlət Sərhəd Xidmətində bir neçə il əvvəldən etibarən tətbiq edilir. DSX-nın təcrübəsi müsbət nəticələr verdiyindən digər strukturlar üçün də analoji təcrübənin tətbiqi imkanları nəzərdən keçirilir.

DSX-dan APA-ya verilən məlumata görə, Sərhəd Qoşunlarında xidmətə başlayan gənc əsgərlərin ilk günlərdən bəzi yoluxucu xəstəliklərə qarşı peyvənd olunması öz müsbət nəticələrini verib. Bu proses xidmətin davamlı şəkildə təşkilində mühüm rol oynayır və yayınmaların qarşısını alır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR