Erməni silahlı bölmələri bir neçə istiqamətdə Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Erməni silahlı bölmələri bir neçə istiqamətdə Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
# 15 sentyabr 2012 06:23 (UTC +04:00)
Bakı - APA. Erməni silahlı bölmələri dünən və bu gecə Xocavənd rayonunun Kuropatkino, Ağdam rayonunun Mərzili və Cəvahirli kəndləri yaxınlığında, Goranboy və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR