Azərbaycan Prezidenti Dövlət Sərhəd Xidmətinin Yevlaxdakı “N” saylı yeni hərbi hissəsinin qarnizonunun açılışında iştirak edib - FOTOSESSİYA

Azərbaycan Prezidenti Dövlət Sərhəd Xidmətinin Yevlaxdakı “N” saylı yeni hərbi hissəsinin qarnizonunun açılışında iştirak edib - <font color=red>FOTOSESSİYA</font>
# 07 oktyabr 2012 22:27 (UTC +04:00)
APA-nın xəbərinə görə, Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev prezidentə raport verib.

Dövlət başçısı hərbi hissənin qarnizonunda yaradılmış şəraitlə tanış olub.

Məlumat verilib ki, prezidentin 2011-ci il 18 iyul tarixli fərmanına uyğun olaraq, 15 aya inşa edilən bu hərbi hissənin ərazisi 40 hektardır. Burada 80,6 min kvadratmetr ərazidə inşaat işləri görülüb, 270 min kvadratmetr sahə isə abadlaşdırılıb.

Prezident altımərtəbəli əsgər yataqxanasında olub, bölmələrin yerləşmə və tədris şəraiti ilə tanış olub.

Daha sonra prezident hərbi hissədə yaşayış binaları kompleksinin açılışında iştirak edib.

Dövlət başçısına məlumat verilib ki, hərbi hissənin ərazisində ümumilikdə 185 mənzilin olduğu 5 bina tikilib. Bundan əlavə, sərhədçi ailələrinin istifadəsi üçün dörd tədris qrupu üzrə nəzərdə tutulan 100 yerlik uşaq bağçası var.

Daha sonra prezident hərbi hissənin tədris meydanı və təlim poliqonunda olub. Burada Silahlı Qüvvələrin Ali Baş Komandanına yeni texnika və silah növləri barədə məlumat verilib. Qeyd olunub ki, DSX-nın maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm tədbirlər görülür. DSX-nın hərbi hissələrinin komplektləşdirilmə faizi və keyfiyyəti də yüksək səviyyədədir. Əsas komanda-qərargah vəzifələrinin peşəkar, ali hərbi təhsili olan, mənəvi, fiziki və psixoloji cəhətdən hazırlıqlı, döyüş təcrübəsi toplamış zabitlərlə komplektləşdirilməsi ardıcıl şəkildə həyata keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR