Azərbaycan hərbçiləri Moskvada keçirilən beynəlxalq hərbi və təhlükəsizlik texnologiyaları sərgisinə qatılıblar

Azərbaycan hərbçiləri Moskvada keçirilən beynəlxalq hərbi və təhlükəsizlik texnologiyaları sərgisinə qatılıblar
# 25 oktyabr 2012 08:15 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Moskvada «İnterpolitex-2012» beynəlxalq hərbi və təhlükəsizlik texnologiyaları sərgisi keçirilir. APA-nın məlumatına görə, Rusiya Federal Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi və Federal Hərbi-texniki Əməkdaşlıq Xidməti tərəfindən birgə təşkil olunan sərgi oktyabrın 23-də başlayıb.

Sərgi çərçivəsində hərbi texnika, polis texnikası, aviasiya vasitələri, elektro-optik sistemlər, terrorizmə qarşı mübarizədə istifadə olunan avadanlıqlar, sərhəd mühafizəsi vasitələri, təlim kompleksləri və s. nümayiş etdirilir.

Sərgiyə Azərbaycanın müxtəlif hərbi qurumlarından da nümayəndə heyətləri qatılıb.

Azərbaycan nümayəndə heyəti iki gün ərzində sərgidə iştirak edən bir sıra şirkətlərin stendlərini ziyarət edib, yeni texnologiyalar, müasir hərbi-texniki və təhlükəsizlik vasitələri ilə maraqlanıblar. Builki sərgidə daha çox nümayiş etdirilən müasir bir neçə virtual təlim vasitələri - təlim trenajorları barədə Azərbaycan nümayəndə heyətinə təqdimatlar keçirilib.

Azərbaycan nümayəndə heyəti həmçinin «İnterpolitex» çərçivəsində təşkil olunmuş «Sərhəd-2012» (Qranitsa-2012) sərgisinin pavilyonunda da olub.

Sərgi oktyabrın 26-da yekunlaşacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR