Azərbaycan gələn ay İndoneziyada keçiriləcək sərgidə 125 adda müdafiə təyinatlı məmulat nümayiş etdirəcək

Azərbaycan gələn ay İndoneziyada keçiriləcək sərgidə 125 adda müdafiə təyinatlı məmulat nümayiş etdirəcək
# 29 oktyabr 2012 16:10 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə MSN-də 2012-ci ilin 9 ayının yekunlarına həsr olunmuş kollegiya iclasında qeyd olunub.

İclasda bildirilib ki, hesabat dövründə nazirliyin tabeli müəssisələrində 2012-ci il üçün nəzərdə tutulan tədbirlərin icrası davam etdirilib. Güc strukturlarının sifarişləri üzrə bağlanmış müqavilələr əsasında müdafiə təyinatlı məmulatlar istehsal edilərək sifarişçilərə təhvil verilib.

Hesabat dövründə MSN müəssisələrində istehsal olunmuş məhsulların ümumi həcminin 74 faizini müdafiə və xüsusi təyinatlı, 26 faizini isə mülki təyinatlı məhsullar təşkil edib. İstehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 700-ə çatdırılıb.

Müdafiə təyinatlı məmulatların yaradılması üzrə 22 mərhələ yerinə yetirilib, o cümlədən, 9 mövzu tam başa çatdırılıb, digər mərhələlər üzrə işlər davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR