Rusiya Qırğızıstan və Tacikistan ordusunun müasirləşdirilməsinə 1,5 milyard dollar ayırıb

Rusiya Qırğızıstan və Tacikistan ordusunun müasirləşdirilməsinə 1,5 milyard dollar ayırıb
# 06 noyabr 2012 15:20 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Rusiya Qırğızıstan və Tacikistan ordusunun müasirləşdirilməsinə 1,5 milyard dollar ayırıb. APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə “Kommersant” qəzeti hərbi mənbələrə istinadən məlumat yayıb. Məlumatda bildirilib ki, Rusiya ABŞ-ın Orta Asiyada nüfuzunun artması səylərinə qarşılıq olaraq bölgədə mövqeyini möhkəmləndirmək üçün konkret addımlar atmağa başlayıb. Ayrılan büdcənin 1,1 milyard doları Qırğızıstan ordusunun, 400 milyon dolları isə Tacikistan ordusunun payına düşəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR