ABŞ Azərbaycanın erməni hərbçiləri qaytarmasını alqışlayır 

ABŞ Azərbaycanın erməni hərbçiləri qaytarmasını alqışlayır 
# 30 dekabr 2021 00:29 (UTC +04:00)

ABŞ 2021-ci il noyabrın 16-da saxlanılan erməni hərbçilərinin Azərbaycan tərəfindən qaytarılmasını alqışlayır.

APA-nın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun "Twitter" hesabında paylaşım edilib.
"Biz 2021-ci il noyabrın 16-da saxlanılan beş erməni hərbçisinin Azərbaycan tərəfindən qaytarılmasını alqışlayırıq" deyə, paylaşımda qeyd olunub.

ABŞ Dövlət Departamenti bütün saxlanılanların tam və tez zamanda azad edilməsi, meyitlərin dəyişdirilməsi və itkin düşənlərin axtarışı ilə bağlı tərəflərə çağırış edib.
"Biz beynəlxalq öhdəliklərə uyğun olaraq saxlanılanlara qarşı humanist rəftarın vacibliyini vurğulayırıq" deyə, ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Bürosu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR