ABŞ-ın Avropa Komandanlığı ANAMA-ya təkliflər verib

ABŞ-ın Avropa Komandanlığı ANAMA-ya təkliflər verib
# 08 sentyabr 2022 18:49 (UTC +04:00)

Amerika Birləşmiş Ştatları Avropa Komandanlığının nümayəndə heyəti Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov ilə görüşüb.

ANAMA-dan APA-ya verilən xəbərə görə, görüş zamanı tərəflər arasında gələcək əməkdaşlıq perspektivləri üzrə müzakirələr aparılıb.

ABŞ Avropa Komandanlığı tərəfindən Agentliyin təlimatçılarına “Partlayıcı Sursatların Məhvedilməsi” üzrə (EOD) müxtəlif səviyyəli yeni bilik və bacarıqları əhatə edən təlimlərin keçirilməsinə dair danışıqlar aparılıb.

Həmçinin, minatəmizləmə əməliyyatlarında istifadə edilən yeni avadanlıqların təqdim edilməsi və sınaqdan keçirilməsi barədə Avropa Komandanlığının təklifi Agentlik rəsmiləri tərəfindən müsbət qarşılanıb.

Qeyd edək ki, nümayəndə heyəti 6-7 sentyabr tarixlərində Agentliyin Göygöl və Ağdamda yerləşən Regional Mərkəzlərinə səfər edib. Səfər çərçivəsində ANAMA
tərəfindən keçirilən təlimlər, eləcə də icra edilən humanitar minatəmizləmə əməliyyatları ilə tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR