ABŞ-ın Avropa Komandanlığının briqada generalı Azərbaycana gəlib

ABŞ-ın Avropa Komandanlığının briqada generalı Azərbaycana gəlib
# 14 mart 2023 15:03 (UTC +04:00)

ABŞ-ın Avropa Komandanlığının planlaşdırma, strategiya və imkanlar üzrə direktor müavini, briqada generalı Edvard Voqan Azərbaycanda səfərdədir.

APA xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, 14-16 mart tarixlərində Bakıya səfəri çərçivəsində briqada generalı Voqan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və Ərazilərin Minalardan Təmizlənməsi Agentliyinin rəsmiləri ilə görüşlər keçirəcək.

Briqada generalı Voqan ABŞ-Azərbaycan təhlükəsizlik tərəfdaşlığı və regional təhlükəsizlik məsələlərini müzakirə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR