Sentyabrın 18-də Dövlət Sərhəd Xidmətindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonu, Ağgöl kəndi ərazisində 1 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.
ANAMA-dan APA-ya verilən məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən həmin ərazidə göl kənarına baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar olunub.
Əl qumbarasının ətrafında 1 000 kv.m əraziyə yerüstü baxış keçirilən zaman əlavə olaraq 1 ədəd 100 mm-lik top mərmisi (BR-412) və 1 ədəd təlim məqsədli (tərkibində heç bir partlayıcı maddə olmayan) PQ-2 raketi aşkar olunub.
Aşkar olunmuş partlamamış hərbi sursatlar (PHS) zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Ağstafada hərbi sursatlar tapılıb
18 sentyabr 2019 17:00 (UTC +04:00)
Hərbi
Azərbaycan Ordusunda MAXE olmaq istəyənlərin qəbulu elan olunub - VİDEO
10:02
27 mart 2024
MN: 10 noyabr bəyanatından sonra Ermənistan 2020-ci ildən sonra istehsal edilmiş silah-sursatı Qarabağa daşıyıb
14:26
26 mart 2024
Ağdərədə ermənilərə məxsus növbəti dayaq məntəqəsi aşkar edilib - VİDEO
14:19
26 mart 2024
Hərbi Prokurorluq işçiləri DİN-in yüksək rütbəli vəzifəli şəxsləri ilə birgə hərbi hissələrdə olublar
19:08
25 mart 2024