Prezidentin təltif etdiyi hərbi qulluqçulara ali hərbi rütbələr təqdim edilib

Prezidentin təltif etdiyi hərbi qulluqçulara ali hərbi rütbələr təqdim edilib
  • Clock-gray 17:48
  • calendar-gray 25 İyun 2019

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Sərəncamına əsasən ali hərbi rütbələr verilən Müdafiə Nazirliyinin hərbi qulluqçuları ilə görüşüb.

Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Müdafiə nazirinin müvafiq əmri təntənəli şəraitdə oxunduqdan sonra hərbi qulluqçulara ali hərbi rütbələrin təqdimetmə mərasimi keçirilib.

Ali Baş Komandanın təbriklərini hərbi qulluqçulara çatdıran Müdafiə naziri onlara gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb.

Səlcuq Elçin

Digər xəbərlər

Arxiv

date