ANAMA əməkdaşlarının Cəbrayılda düşmənin basdırdığı tələ minalara düşdüyü məlum olub - VİDEO

ANAMA əməkdaşlarının Cəbrayılda düşmənin basdırdığı tələ minalara düşdüyü məlum olub - VİDEO
# 24 iyun 2022 13:00 (UTC +04:00)

Bu günə qədər işğaldan azad edilmiş ərazilərdə 225 nəfər minaların qurbanı olub.

APA xəbər verir ki, bunu ANAMA-nın Əməliyyat idarəsinin rəis müavini İdris İsmayılov deyib.

O, bu yaxınlarda ANAMA əməkdaşlarının Cəbrayılda minaya düşdüklərini xatırladıb:

“Minaların qurbanları arasında ANAMA əməkdaşları da var. Onlar düşmən tərəfindən quraşdırılan tələ minalarına düşüblər və nəticədə müxtəlif dərəcəli bədən xəsarəti alıblar”.

ANAMA rəsmisi diqqətə çatdırıb ki, hazırda minatəmizləmə fəaliyyətində heç bir problem yoxdur, verilmiş tapşırıqlar prioritetlərə uyğun olaraq davam etdirilir.

Xatırladaq ki, bir müddət əvvəl Cəbrayılda mina partlaması nəticəsində ANAMA-nın bir neçə əməkdaşı xəsarət alıb.

Yetər Kərimli

Habil Aslanoğlu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR