ANAMA ilə GİCHD arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

ANAMA ilə GİCHD arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
# 22 noyabr 2022 12:42 (UTC +04:00)

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinin (GICHD) Layihə əlaqələndiricisi Rana Elias və məsləhətçisi Evans Ronald ilə görüş keçirib.

ANAMA-dan APA-ya verilən məlumata görə, mina təhlükəsi ilə mübarizə sahəsində İnformasiyanın İdarə Edilməsi Sisteminin (IMSMA) tətbiqi prosesində ANAMA ilə GICHD arasında uzun illərə təsadüf edən əməkdaşlıq mövcuddur.

Görüşdə davam edən əməkdaşlığın genişləndirilməsi və istifadə olunan sistemin təkmilləşdirilməsi, eləcə də ANAMA-nın İnformasiya əməkdaşlarına GICHD tərəfindən müvafiq təlimlərin keçirilməsi istiqamətində təkliflər irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR