ANAMA: Minatəmizləmə əməliyyatlarında ən müasir avadanlıqlardan istifadə olunur

ANAMA: Minatəmizləmə əməliyyatlarında ən müasir avadanlıqlardan istifadə olunur
# 31 yanvar 2023 13:16 (UTC +04:00)

"Minatəmizləmə əməliyyatlarında ən müasir avadanlıqlardan və texnologiyalardan istifadə edirik".

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

O bildirib ki, əməliyyatlar zamanı ən müasir detektorlardan istifadə olunur: "Dronlar vasitəsilə bizim ərazilərin tədqiqat işləri aparılır. Bu tədqiqat işləri minatəmizləmə işlərinin dəqiq planlaşdırılmasına, resursların daha dəqiq istifadə olunmasına köməklik edir".

ANAMA sədri qeyd edib ki, əməliyyat zamanı minatəmizləmə üçün xüsusi maşınlardan da istifadə edilir: "Onlar da işlərimizin sürətləndirilməsinə kömək edir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR