ANAMA sədri: Ağdamın 25 faizi minalardan təmizlənib

Vüqar Süleymanov

© APA | Vüqar Süleymanov

# 28 fevral 2023 13:40 (UTC +04:00)

Ağdam rayonu üzrə ötən illər ərzində 16 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

APA-nın Ağdama ezam olunan müxbiri xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu ilin planına uyğun olaraq, daha 10 min hektardan çox ərazi təmizlənərək aidiyyatı üzrə təhvil veriləcək:

"Təxminən Ağdam rayonunun 25 faizi mina və partlamamış sursatlardan təmizlənib. Ağdamda artıq bir sıra layihələr yekunlaşıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR