ANAMA sədri: Agentliyin texniki imkanları, insan resursları və əməliyyat metodları inkişaf etdirilir

ANAMA sədri: Agentliyin texniki imkanları, insan resursları və əməliyyat metodları inkişaf etdirilir
# 17 noyabr 2022 10:20 (UTC +04:00)

Azad edilmiş ərazilər mina və partlamamış hərbi sursatlar ilə çirklənmə səviyyəsinə görə dünyada ilk pillələrdə yer alır.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov “Mina Təhlükəsi ilə Mübarizə: çağırışlar və imkanlar” adlı beynəlxalq tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, problemin miqyasına uyğun olaraq, minatəmizləmə fəaliyyəti postmünaqişə dövründə Azərbaycan dövləti üçün xüsusi prioritetlərdən biri kimi müəyyən edilib:

"Məsələ daim Azərbaycan Respublikası Prezidentinin xüsusi diqqətindədir və bu istiqamətdə fasiləsiz işlər görülür. Xüsusilə, postmünaqişə dövründə aparılan bərpa və quruculuq işləri fonunda ANAMA-nın texniki imkanları, insan resursları və əməliyyat metodları da xeyli inkişaf etdirilir. Azərbaycan Respublikası Prezidentinin göstərişlərinə uyğun olaraq, Azərbaycanda minatəmizləmə fəaliyyətinin həm mahiyyətcə, həm də məzmunca yeni bir mərhələsinə keçid istiqamətində önəmli addımlar atılır. Minaları yerləşdirmək asan, onları təmizləmək isə qat-qat çətindir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR