ANAMA sədri Şuşadan beynəlxalq təşkilatlara çağırış edib

ANAMA sədri Şuşadan beynəlxalq təşkilatlara çağırış edib
# 07 fevral 2023 13:23 (UTC +04:00)

"Azərbaycan ərazisinə 1 milyondan çox mina yerləşdirilib. Bunun qurbanları mülki əhalidir".

APA xəbər verir ki, bunu ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov Şuşada keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, 2020-ci ilin noyabr ayından Azərbaycanın işğaldan azad edilmiş 64 686 hektar ərazisi minalardan təmizlənib. Agentlik tərəfindən 27 557 piyada əleyhinə mina, 13 716 tank əleyhinə mina və 38 976 PHS aşkar edilərək zərərsizləşdirilib və bu proses davam edir: “Bu minalar əhalinin yaşayış yerlərinə yaxın yerlərdə, bağlarda, evlərin həyətində basdırılıb. Bizim prioritetimiz bu ərazilərin tamamilə minalardan təmizlənməsi və vətəndaşlarımızın öz evlərinə təhlükəsiz dönüşünü təmin etməkdir”.

Vüqar Süleymanovdeyib ki, bir sıra beynəlxalq təşkilatlar Azərbaycana minatəmizləmə prosesində dəstək verir: “Xüsusilə mən BMT İnkişaf Proqramını (UNDP) qeyd etmək istərdim ki, onlar ANAMA-nı ləvazimatlarla, treninqlərlə və s. dəstəkləyib”.

ANAMA sədri qeyd edib ki, yeni layihə Agentliyin əməliyyat və institusional imkanlarını daha da genişləndirəcək: “Beynəlxalq cəmiyyəti bu prosesdə bizə dəstək verməyə çağırırıq. Bu prosesdə bizə dəstək verən Avropa İttifaqına, Britaniyadan olan tərəfdaşlarımıza təşəkkür edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR