ANAMA sədri Xaçın suvarma kanalı layihəsi üzrə FHN-in icra etdiyi minatəmizləmə əməliyyatları ilə tanış olub - FOTO

ANAMA sədri Xaçın suvarma kanalı layihəsi üzrə FHN-in icra etdiyi minatəmizləmə əməliyyatları ilə tanış olub - FOTO
# 28 fevral 2023 14:20 (UTC +04:00)

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) sədri Vüqar Süleymanov Ağdamda Xaçın suvarma kanalı layihəsi üzrə Fövqəladə Hallar Nazirliyi tərəfindən icra olunan minatəmizləmə əməliyyatlarına baxış keçirib.

APA-nın Ağdama ezam olunan müxbiri xəbər verir ki, ANAMA sədri ərazidə görülən işlərlə tanış olub. FHN-in gördüyü işlərlə bağlı Vüqar Süleymanova məlumat verilib.

Qeyd olunub ki, minaaxtarma əməliyyatlarına FHN-in şəxsi heyəti ilə yanaşı, 10 xüsusi təlim görmüş it də cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR