"Anatolian Phoenix - 2023" beynəlxalq təlimində paraşüt hazırlığı üzrə tapşırıqlar ica olunub - VİDEO

"Anatolian Phoenix - 2023" beynəlxalq təlimində paraşüt hazırlığı üzrə tapşırıqlar ica olunub - VİDEO
# 09 iyun 2023 17:50 (UTC +04:00)

Qardaş Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anatolian Phoenix - 2023” (Anadolu Ankası - 2023) beynəlxalq axtarış-xilasetmə təlimi davam edir.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, plana uyğun olaraq, beynəlxalq təlimin növbəti mərhələsində paraşüt hazırlığı və patrul fəaliyyəti üzrə müxtəlif tapşırıqlar yerinə yetirilib.
Ssenariyə əsasən, qəzaya uğramış ekipaj üzvlərinin şərti düşmən arxasında axtarış-xilas və təxliyə edilməsi üzrə növbəti fəaliyyəti təlim iştirakçıları tərəfindən uğurla icra olunub.
Tapşırıqların yerinə yetirilməsində əsas diqqət şəxsi heyətin paraşütlərdən istifadə bacarıqlarının təkmilləşdirilməsinə, həmçinin onların döyüş və xüsusi hazırlıq səviyyəsinin daha da artırılmasına yönəldilib.
Qeyd edilib ki, beynəlxalq təlimdə ölkəmizi Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları, texniki heyəti və aviasiya vasitələri ilə yanaşı, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin və Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçuları təmsil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR