“Artilleriya atəşinin ustaları” müsabiqəsi başlayıb - FOTO

“Artilleriya atəşinin ustaları” müsabiqəsi

© APA | “Artilleriya atəşinin ustaları” müsabiqəsi

# 15 avqust 2022 15:09 (UTC +04:00)

“Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində Qazaxıstan Respublikasının Otar hərbi bazasında keçirilən "Artilleriya atəşinin ustaları" müsabiqəsinin ilkin mərhələsi başlayıb.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, bu mərhələdə komandalar zirehli döyüş maşınlarında marşrut üzrə təyin olunan müxtəlif maneələri dəf edərək, minalanmış ərazini keçib, pulemyotlardan, minaatanlardan, qumbaraatanlardan və atıcı silahlardan atəş tapşırıqlarını yerinə yetiriblər.

Peşəkarlıq nümayiş etdirən artilleriyaçılarımız birinci mərhələdə bütün hədəfləri sərrast atəşlə məhv ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR