Atəşkəsdən sonra mina partlayışında zərərçəkənlərin sayı açıqlanıb

Atəşkəsdən sonra mina partlayışında zərərçəkənlərin sayı açıqlanıb
# 23 iyun 2022 12:09 (UTC +04:00)

2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatdan indiyədək mina partlayışda zərərçəkənlərin sayı açıqlanıb.

APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) sədri Vüqar Süleymanov məlumat verib.

O bildirib ki, atəşkəsdən indiyədək mina partlayışları nəticəsində 225 nəfər zərər çəkib. Onlardan 39 nəfər ölüb, 186 nəfər xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR