Az ağır xəsarət alan hərbçilərə sığorta məbləğinin 15%-i qədər sığorta ödənişi veriləcək

Az ağır xəsarət alan hərbçilərə sığorta məbləğinin 15%-i qədər sığorta ödənişi veriləcək
# 29 dekabr 2021 19:53 (UTC +04:00)

Gələn il yanvarın 1-dən sığortaolunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman az ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda müəyyən edilmiş sığorta məbləğinin (11 min manat) 15%-i qədər sığorta ödənişi veriləcək.
APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün tətbiqi barədə fərman imzaladığı “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş siyahıya uyğun müəyyən ediləcək.
Sığorta ödənişi verilmiş sığorta hadisəsi ilə bağlı yeni sığorta hadisəsi baş verdikdə müvafiq sığorta ödənişi əvvəl ödənilmiş sığorta ödənişi nəzərə alınmaqla ödəniləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR