Azad edilən ərazilərdə daha 163 mina aşkarlanıb

Azad edilən ərazilərdə daha 163 mina aşkarlanıb
# 08 may 2023 13:55 (UTC +04:00)

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həftəlik görülən işlərlə bağlı məlumat yayıb.

ANAMA-dan APA-ya verilən məlumata görə, mayın 1-dən 6-dək Tərtər, Ağdam, Xocavənd, Laçın, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 88, tank əleyhinə 75 mina və 123 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Bildirilib ki, 356 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR