Azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb

Azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb
# 01 iyun 2022 12:56 (UTC +04:00)

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən may ayında icra olunan minatəmizləmə əməliyyatları açıqlanıb.

ANAMA-dan APA-ya verilən xəbərə görə, ay ərzində 546 piyada əleyhinə mina, 279 tank əleyhinə mina və 1021 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 2,098,8 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Qeyd edilib ki, indiyə qədər azad edilmiş ərazilərdə 11,555 piyada əleyhinə mina, 5723 tank əleyhinə mina və 16,041 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, indiyə qədər 11,666,9 hektar ərazi mina və PHS-lardan təmizlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR