Azad edilmiş ərazilərdə daha 384 ha minalardan təmizlənib

Azad edilmiş ərazilərdə daha 384 ha minalardan təmizlənib
# 27 fevral 2023 10:41 (UTC +04:00)

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan APA-ya bildirilib ki, fevralın 20-dən 25-dək Tərtər, Ağdam, Füzuli, Xocavənd, Şuşa, Qubadlı, Laçın, Cəbrayıl və Zəngilanda 14 tank əleyhinə mina və 443 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 384 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR