Azad edilmiş torpaqlarda minalardan təmizlənmiş ərazilərin sahəsi açıqlanıb

Azad edilmiş torpaqlarda minalardan təmizlənmiş ərazilərin sahəsi açıqlanıb
# 24 iyun 2022 12:55 (UTC +04:00)

İşğaldan azad edilmiş torpaqlarda minalardan təmizlənmiş ərazilərin sahəsi açıqlanıb.

APA xəbər verir ki, bunu ANAMA-nın Əməliyyat idarəsinin rəis müavini İdris İsmayılov deyib ki, bu günə kimi işğaldan azad edilmiş ərazilərdə ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və 4 yerli şirkət tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində 36 035 hektar ərazi mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənib.

Onun sözlərinə görə, təmizləmə zamanı təxminən 60 983 ədəd mina və PHS aşkar edilərək zərərsizləşdirilib.

“Hazırda işğaldan azad olunmuş bütün ərazilərdə minatəmizləmə fəaliyyəti davam etdirilir”, - İdris İsmayılov vurğulayıb.

Yetər Kərimli

Habil Aslanoğlu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR