Azad olunan ərazilərdə daha 34 mina aşkarlanıb

Azad olunan ərazilərdə daha 34 mina aşkarlanıb
# 20 fevral 2023 10:44 (UTC +04:00)

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan APA-ya bildirilib ki, fevralın 13-dən 18-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Laçın, Cəbrayıl və Zəngilanda 34 tank əleyhinə mina və 503 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 681 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR