Azad olunan ərazilərdə daha 423 ha minalardan təmizlənib

Azad olunan ərazilərdə daha 423 ha minalardan təmizlənib
# 23 yanvar 2023 15:26 (UTC +04:00)

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.

ANAMA-dan APA-ya bildirilib ki, yanvarın 16-dan 21-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Laçın, Cəbrayıl və Zəngilanda 15 piyada əleyhinə mina, 20 tank əleyhinə mina və 93 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 423 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR