Azad olunmuş ərazilərdə ötən ay 1 834 mina aşkarlanıb

Azad olunmuş ərazilərdə ötən ay 1 834 mina aşkarlanıb
# 01 noyabr 2022 16:57 (UTC +04:00)

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə aylıq məlumat açıqlayıb.

ANAMA-dan APA-ya verilən məlumata görə, oktyabrın 1-dən 31-dək olan dövrdə Tərtər, Kəlbəcər, Ağdam, Füzuli, Şuşa, Xocavənd, Xocalı, Laçın, Qubadlı, Cəbrayıl və Zəngilanda 1373 piyada əleyhinə mina, 461 tank əleyhinə mina və 2301 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 3246,2 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR