Azad Rəhimovun oğlu minaaxtarma əməliyyatları həyata keçirən şirkət təsis edib - FOTO

Azad Rəhimovun oğlu minaaxtarma əməliyyatları həyata keçirən şirkət təsis edib - FOTO
# 28 fevral 2023 12:40 (UTC +04:00)

Sabiq gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimov işğaldan azad olunmuş ərazilərdə minaaxtarma əməliyyatları üzrə fəaliyyət göstərir.

APA xəbər verir ki, o, Ağdamda minaaxtarma əməliyyatları həyata keçirən "Safe Point" şirkətinin təsisçilərindəndir.

Şirkət hazırda bir neçə strateji ərazidə minaxtarma əməliyyatlarını həyata keçirir.

Qeyd edək ki, "Safe Point" şirkəti 2022-ci ildə təsis edilib.

Xatırladaq ki, Arif Rəhimov “Baku Grand Prix” şirkətinin də rəhbəri olub. “Baku Grand Prix” şirkəti Bakıda keçirilən "Formula 1″in “Qran Pri” yarışının təşkilatçısı idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR