Azərbaycan aviasiyası “Anadolu Qartalı - 2022” beynəlxalq təlimində iştirak edəcək - FOTO

Azərbaycan aviasiyası “Anadolu Qartalı - 2022” beynəlxalq təlimində iştirak edəcək - FOTO
# 17 iyun 2022 10:29 (UTC +04:00)

Türkiyə Respublikasının Konya şəhərində yerləşən aviabazada müxtəlif ölkələrin hərbi qulluqçularının iştirakı ilə təşkil olunan “Anadolu Qartalı - 2022” beynəlxalq taktiki-uçuş təliminə hazırlıq məqsədilə brifinq keçirilib.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, əvvəlcə iştirakçılara təlimin planlaşdırılması və keçiriləcəyi ərazi, ona hazırlıq prosesi, həmçinin mərhələlər üzrə icra olunacaq tapşırıqlar barədə ətraflı məlumat verilib.

Xatırladaq ki, beynəlxalq təlimdə ölkəmizi Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları və aviasiya vasitələri təmsil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR