Azərbaycan-Ermənistan dövlət sərhədində əməliyyat şəraiti təhlil edilib

Azərbaycan-Ermənistan dövlət sərhədində əməliyyat şəraiti təhlil edilib
# 02 iyul 2022 11:50 (UTC +04:00)

Müdafiə Nazirliyində keçirilən xidməti müşavirədə Azərbaycan-Ermənistan dövlət sərhədindəki və Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti geniş təhlil edilib.

APA xəbər verir ki, bu barədə MN-in yaydığı məlumatda bildirilib.

Məlumata görə, bölmələrin maddi-texniki və döyüş təminatının gücləndirilməsi, hərbi qulluqçuların xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi, həmçinin şəxsi heyətin sayıqlığının artırılması barədə konkret tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR