Azərbaycan HDQ komandanı italiyalı həmkarı ilə görüşüb - FOTO

Azərbaycan HDQ komandanı italiyalı həmkarı ilə görüşüb - FOTO
# 06 iyun 2023 19:54 (UTC +04:00)

İtaliya Respublikasında səfərdə olan Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı vitse-admiral Sübhan Bəkirov iyunun 6-da bu ölkənin Hərbi Dəniz Qüvvələri komandanı admiral Enriko Kredendino ilə görüşüb.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Vitse-admiral S.Bəkirov italiyalı həmkarına Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun salamlarını çatdırıb, 8-ci “Seafuture 2023” Beynəlxalq Dəniz Müdafiəsi sərgisinə dəvətə görə minnətdarlığını bildirib.
Görüşdə hər iki ölkənin Hərbi Dəniz Qüvvələri arasında hərbi, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR