Azərbaycan HDQ-nin komandanı İtaliya müdafiə naziri ilə görüşüb

Azərbaycan HDQ-nin komandanı İtaliya müdafiə naziri ilə görüşüb
# 05 iyun 2023 19:04 (UTC +04:00)

Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı vitse-admiral Sübhan Bəkirov İtaliya Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı admiral Enriko Kredendinonun dəvəti ilə bu ölkəyə səfər edib.

APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

La Spezia Hərbi Dəniz Bazasında keçirilən 8-ci “Seafuture 2023” Beynəlxalq Dəniz Müdafiəsi sərgisinin açılış mərasimində iştirak edən vitse-admiral Sübhan Bəkirov İtaliya Respublikasının müdafiə naziri cənab Guido Crosetto ilə görüşüb, qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Beynəlxalq Dəniz Müdafiəsi sərgisi 25 ölkənin HDQ komandanı, 36 ölkənin nümayəndə heyəti və müxtəlif aparıcı müdafiə sənayesi şirkətlərinin rəhbərlərinin iştirakı ilə keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR