Azərbaycan hərbçiləri Britaniya və Çexiyanın təşkil etdiyi təlimdə iştirak ediblər - FOTO

Azərbaycan hərbçiləri Britaniya və Çexiyanın təşkil etdiyi təlimdə iştirak ediblər - FOTO
# 24 mart 2023 15:00 (UTC +04:00)

Azərbaycan hərbçiləri Britaniya və Çexiyanın təşkil etdiyi Çoxmillətli Sülhü Dəstək Əməliyyatları Kursunu tamamlayıblar.

APA xəbər verir ki, bununla bağlı Britaniyanın Azərbaycandakı səfiri Ferqus Ould "Twitter" hesabında paylaşım edib.

Diplomat bildirib ki, praktiki təlimlər dörd həftə davam edib və bu gün başa çatıb:

"BMT kodeksinə uyğun davranış qaydaları və silahlı münaqişə hüququ kimi mövzuları əhatə edən 4 həftəlik təlim Britaniya və Çexiya təlimçiləri tərəfindən uğurla həyata keçirilib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR