Azərbaycan hərbçiləri İranda müsabiqədə sınaq atışları icra ediblər - FOTO

"Snayper həddi" müsabiqəsi

© APA | "Snayper həddi" müsabiqəsi

# 16 avqust 2022 16:52 (UTC +04:00)

İran İslam Respublikasının Yəzd şəhərində keçirilən "Snayper həddi" müsabiqəsində komandaların yarışların birinci mərhələsinə hazırlıq prosesi davam edir.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, müsabiqədə ölkəmizi təmsil edən Azərbaycan Ordusunun hərbi qulluqçuları atışların sıxlığı və sərrastlığına nail olmaq məqsədilə onlara təhkim edilən silahları sıfırlayaraq döyüş vəziyyətinə gətirib, sınaq atışları icra ediblər.
Hərbi qulluqçularımız tərəfindən sınaq atışları uğurla yerinə yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR