Azərbaycan HHQ-nin hərbçiləri Türkiyədə kurs keçiblər

Azərbaycan HHQ-nin hərbçiləri Türkiyədə kurs keçiblər
# 14 fevral 2023 15:02 (UTC +04:00)

Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi qulluqçusu kapitan Yaqubov Tural Ağaəli oğlu Türkiyə Respublikasında təşkil olunan kursu birinciliklə bitirib.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, Türkiyənin Hava Tədris Komandanlığının məktəblərindən birində keçirilən ingilis dili kursunda Azərbaycan, Türkiyə, Qırğızıstan, Gürcüstan, Ukrayna və Mavritaniyadan olan hərbi qulluqçular iştirak ediblər.

Kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara sertifikatlar təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR