Azərbaycan MN: Bir qrup hərbi tibb personalı Türkiyəyə yola düşüb - FOTO

Azərbaycan MN: Bir qrup hərbi tibb personalı Türkiyəyə yola düşüb - FOTO
# 07 fevral 2023 04:22 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunun bir qrup hərbi tibb personalı Türkiyəyə yola düşüb.

APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

İyirmi nəfərdən ibarət heyət baş vermiş zəlzələdə xəsarət alan insanlara kömək etmək məqsədilə qardaş Türkiyədə fəaliyyət göstərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR