Azərbaycan MN: Ermənistan baş qərargah rəisinin bəzi bölmələrimizin mühasirəyə düşməsi barədə dedikləri dezinformasiyadır - VİDEO

Azərbaycan MN: Ermənistan baş qərargah rəisinin bəzi bölmələrimizin mühasirəyə düşməsi barədə dedikləri dezinformasiyadır - VİDEO
# 16 sentyabr 2022 16:06 (UTC +04:00)

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin Azərbaycan silahlı qüvvələrinin bəzi bölmələrinin mühasirəyə düşməsi barədə dediyi fikirlər tam yalandır və növbəti dezinformasiyadır.

Bu barədə APA-ya Müdafiə Nazirliyinin məlumat verilib.

“Bildiririk ki, Azərbaycan silahlı qüvvələri əməliyyat şəraitinə tam nəzarət edir. Strateji təşəbbüs və strateji üstünlük Azərbaycana məxsusdur. Yanlış məlumatlar yaymaq əvəzinə Ermənistan tərəfini atəşkəs haqda əldə olunmuş razılaşmanı gücləndirməyə çağırırıq”, - qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR