Azərbaycan MN: Qarabağ iqtisadi rayonunun "Dağlıq Qarabağ ərazisi" kimi qeyd edilməsi yolverilməzdir

Azərbaycan MN: Qarabağ iqtisadi rayonunun "Dağlıq Qarabağ ərazisi" kimi qeyd edilməsi yolverilməzdir
# 27 noyabr 2022 21:54 (UTC +04:00)

Bildiririk ki, Qarabağ iqtisadi rayonunun "Dağlıq Qarabağ ərazisi" kimi qeyd edilməsi yolverilməzdir.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığının diqqətinə bir daha çatdırırıq ki, müvafiq məlumatlarında yaşayış məntəqələrimizin adlarının onlara göndərilən rəsmi sənədlərdə qeyd olunan düzgün toponimlərlə ifadə edilməsi zəruridir.


27.11.2022-ci il tarixində Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatındaMardakertvə "Martuni" kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları uyğun olaraq AĞDƏRƏ və XOCAVƏNDDİR.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR