Azərbaycan Ordusu erməni silahlı birləşmələrinin Ağdam və Xocalıda qanunsuz fəaliyyətlərinin qarşısını alıb

Azərbaycan Ordusu erməni silahlı birləşmələrinin Ağdam və Xocalıda qanunsuz fəaliyyətlərinin qarşısını alıb
# 17 noyabr 2022 19:17 (UTC +04:00)

Noyabrın 17-si saat 09:55-dən 14:45-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin üzvlərinin Ağdam və Xocalı rayonları ərazilərində döyüş mövqelərinin möhkəmləndirilməsi məqsədilə mühəndis tədbirləri icra etmələri Ordumuzun bölmələri tərəfindən müşahidə edilib.

Müdafiə Nazirliyindən APA-ya bildirilib ki, bu kimi fəaliyyətlər Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladıqları üçtərəfli bəyanatın tələblərinin kobud şəkildə pozulmasıdır.

“Həyata keçirilən qanunsuz fəaliyyətlərin qarşısının alınması məqsədilə Ordumuzun bölmələri tərəfindən zəruri tədbirlər görülüb”, - qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR